Məhəmməd Əmin Rəsulzadənin DOĞUM GÜNÜDÜR
31 Yanvar 2025
10:26 - 30 Yanvar 2025
"Real Madrid" Çempionlar Liqasının 2024/25 mövsümünün əsas mərhələsinin son turunda səfərdə Fransanın "Brest" klubunu darmadağın edib.
Manset.az xəbər verir ki, qarşılaşma 0:3 hesabı ilə başa çatıb.
27-ci dəqiqədə "Real Madrid"in Rodriqo futbolçusu hesabı açıb. İkinci hissənin əvvəlində meydan sahibləri hesabı bərabərləşdirə bilərdilər, lakin Lüdovik Ajorkun qolu oyundankənar vəziyyət səbəbindən ləğv edilib.
56-cı dəqiqədə Cud Bellinqem Madrid klubunun üstünlüyünü gücləndirib. Bu görüşdə yekun nöqtəni 78-ci dəqiqədə Rodriqo dubla imza atıb.
15 xal ilə "Real Madrid" Çempionlar Liqasının Liqa mərhələsinin ümumi cədvəlində 11-ci pillədə qərarlaşıb. Brest 13 xalla 18-ci yerdə qərarlaşıb. Hər iki klub 1/8 finala yüksəlmək üçün pley-off matçlarında çıxış edəcək.
Çempionlar Liqasının Liqa mərhələsindən ən yaxşı 8 komanda 1/8 finala yüksəlib. Ümumi hesabda 9-24-cü yerləri tutan klublar 1/8 finala vəsiqə qazanmaq üçün pley-off matçları keçiriləcək.
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi cümə günü, yanvarın 31-də keçiriləcək. Bu mərhələnin ilk oyunları 11/12 fevralda, cavab görüşləri isə 18/19 fevralda baş tutacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin