Avropanın sərhədimizdəki missiyasının müddəti UZADILDI

23:30 - 29 Yanvar 2025

Avropanın sərhədimizdəki missiyasının müddəti UZADILDI

Avropa İttifaqının Ermənistandakı missiyası iki il uzadılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “News.Armenia” məlumat yayıb.

 Aİ-nin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə- 2027-ci il fevralın 19-dək uzatmağa razılaşıblar.

 

Qeyd edək ki, missiyanın tərkibi və üzvlərinin sayı dəyişməz qalıb. Hazırda 165 xarici və 44 yerli müşahidəçi daxildir.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin