İsrail sabah azad ediləcək girovların siyahısını alıb

20:55 - 29 Yanvar 2025

İsrail sabah azad ediləcək girovların siyahısını alıb

İsrail tərəfi Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 30-da HƏMAS hərəkatı tərəfindən azad ediləcək girovların adlarını alıb.

 

Manset.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“İsrail sabah (30 yanvar) HƏMAS-ın əsirliyindən azad edilməli olan girovların siyahısını alıb”, - bəyanatda deyilir.

Ofisdən əlavə edilib ki, ətraflı informasiya azad edilmiş girovların ailələrinə məlumat verildikdən sonra təqdim olunacaq.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin