“Azneft” dairəsində maşın yandı: Yolda sıxlıq yarandı - FOTO/VİDEO
27 Yanvar 2025
07:00 - 26 Yanvar 2025
Kimyaterapiya xərçəng müalicəsində istifadə olunan təsirli, lakin bədəndə müxtəlif dəyişikliklərə səbəb olan bir üsuldur. Bu müddətdə düzgün qidalanma son dərəcə vacibdir. Lakin kimyaterapiya zamanı bəzi qidaların qəbulu məhdudlaşdırıla bilər, çünki onların tərkibindəki maddələr dərmanların təsirini dəyişdirə və ya arzuolunmaz reaksiyalara səbəb ola bilər.
Pasiyentləri daha çox maraqlandıran sual isə onkoloji müalicələr (kimyaterapiya, imunoterapiya, hədəf terapiya) zamanı nə üçün nar istehlakının tövsiyə olunmaması ilə bağlıdır.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onkoloq Dr. Aliyə Aslan açıqlamasında bildirib.
O bildirib ki, bu müalicələr zamanı xəstələrin qan göstəricilərində bəzi dəyişikliklər qeyd edilə bilər, bunlardan biri də trombositlərin (qanın laxtalanma komponentinə cavab verən göstəricilərdən biri) miqdarı azala bilir, yəni qan normadan çox durulaşır:
"Narın tərkibindəki bəzi maddələr qanı durulda bilən xüsusiyyətə malikdir. Kimyaterapiya alan xəstələrdə qan laxtalanma problemləri ola bilər və nar yemək bu riski artıraraq qanaxma təhlükəsi yarada bilər.
Həmçinin kimyaterapiya zamanı qaraciyər dərmanları emal etməklə məşğuldur deyə bu orqan çox yüklənir. Narın tərkibindəki bioaktiv maddələr qaraciyərin fəaliyyətinə əlavə yük gətirə bilər".
Həkim qeyd edib ki, narın tərkibindəki güclü antioksidantlar müalicə prosesini zəiflədə bilər:
"Kimyaterapiya dərmanları xərçəng hüceyrələrini məhv etmək üçün oksidativ stressdən istifadə edir. Narın yüksək antioksidant tərkibi bu prosesi zəiflədə bilər və kimyaterapiyanın, immunoterapiyanın, ağıllı dərman müalicəsinin effektivliyini azalda bilər. Xərçəngin müalicəsi zamanı bu meyvəni müntəzəm olaraq istehlak etməkdən, xüsusilə suyunu sıxıb içməkdən çəkinmək lazımdır. Ancaq bu barədə məlumatlı olmadığı üçün nardan istifadə edən xəstə özünü böyük bir riskə atımış olar".
A.Aslan əlavə edib ki, əgər pasiyent çox istəsə, bir qaşıq nar yeyə bilər, lakin normal istehlak miqdarını aşmaması məsləhətdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin