Bu dəfə AQTA-nın özündə nöqsanlar aşkarlandı - Rəsmi
25 Yanvar 2025
13:50 - 24 Yanvar 2025
Kürdəmirdə qızılcaya yoluxmuş uşağın ölümünə görə barəsində cinayət işi açılmış həkimə hökm oxunub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham edilib.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 48 yaşlı həkimə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib. E.Musayev bu cəzadan sonra 2 il 6 ay müddətə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan da məhrum edilib.
Qeyd edək ki, 4 yaşlı Rüfət Qəribli qızılca diaqnozu ilə iki dəfə xəstəxanaya aparılsa da, həkim onda ağırlaşma olmadığını bildirərək ambulator müalicəyə yazıbmış. Daha sonra evdə halı pisləşən uşaq ailəsi tərəfindən xəstəxanaya aparılsa da, yolda vəfat edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin