"Qazel" 10 metr hündürlükdən düşdü - 1 nəfər ölü, 14 nəfər yaralı var - VİDEO

12:05 - 24 Yanvar 2025

İstanbulun Tuzla rayonununda avtobus təxminən 10 metr hündürlükdən çay yatağına düşüb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölümlə nəticələnən qəzadan sonra İstanbul qubernatorluğu açıqlama yayıb.

Qəza səhər saat 08:00 radələrində (Bakı vaxtı ilə saat 09:00) baş verib. Yaxta firmasına məxsus mikroavtobusun sürücüsünün idarəetməni itirərək təxminən 10 metr hündürlükdən çay yatağına düşdüyü ehtimal edilir. Qəza nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Yanğınsöndürənlər xidməti avtomobildə sıxılmış vəziyyətdə qalmış 5 nəfəri xilas ediblər. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra həkim briqadaları yaralıları xəstəxanaya çatdırıblar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Takvim (@takvim)


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin