Sabah maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
24 Yanvar 2025
09:46 - 24 Yanvar 2025
Menecer Ayşe Barımın "Gəzi Parkı" hadisələrində iştirak etdiyinə dair yazılı və vizual mediada yer alan iddialarla bağlı daxili araşdırma başladılıb. Barım saxlanılıb.
Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
“ID Danışmanlık Limited” şirkətinin qurucusu və ortağı, bir çox məşhur aktyorların meneceri Ayşe Barım sektorda monopoliyaya səbəb olduğu və ona qarşı çıxan aktyorları bazardan uzaqlaşdırdığı iddiaları ilə gündəmə gəlib..
İstintaq çərçivəsində Ayşe Barıma səfər qadağası qoyulub, Barımın meneceri olan Serenay Sarıkaya “şahid”, Deniz İşin isə “qurban” qismində ifadə verib.
Aktyor Nedim Şaban, Ayşe Barım haqqında açılan istintaq çərçivəsində verdiyi açıqlamada, Barımın teatr sektorunda tamaşalar almasından sonra teatrlarda oturacaq qıtlığının yarandığını və bu monopoliyaya görə bilet qiymətlərinin xeyli artdığını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin