Sabah bu ərazilərdə işıq OLMAYACAQ
24 Yanvar 2025
12:27 - 23 Yanvar 2025
Yapon akvariumunda günəş balığı müəssisənin bağlanmasından sonra depressiyaya düşərək yeməyi dayandırıb və işçiləri onu sağaltmaq üçün çıxılmaz tədbirlər görməyə məcbur edib.
Manset.az xəbər verir ki, bu barədə Daily Star yazır.
Şimonoseki şəhərindəki Kaikyokan Akvarium 2024-cü ilin dekabrında təmirə bağlanıb. Əksər balıqlar üçün bu, yəqin ki, akvarium şüşəsini döyən məktəblilərin izdihamından xoş bir fasilə olsa da, bir balıq bunu xüsusilə pis qəbul edib və yeməkdən imtina edib.
"Səbəbini anlaya bilmədik və müxtəlif tədbirlər gördük, işçilərdən biri deyib: "Bəlkə ziyarətçilər üçün darıxır?" Biz düşünürdük ki, 99% hallarda bu baş verə bilməz!”, - mesajda deyilir.
Akvarium bağlanmazdan əvvəl günəş balığı ziyarətçilərə baxmaq üçün tez-tez şüşə tərəfə üzürdü, lakin təmir başlayanda yeməkdən imtina edib və depresiyaya düşüb.
Balığı sağaltmaq üçün işçilər akvariumun yanında insanların kartondan hazırlanmış fiqurlarını quraşdırdılar və bu işə yarayıb.
"Biz bir az ümidlə işçilərin formalarını akvariumun yanına asdıq. Sabahı gün isə o, öz əvvəlki vəziyyətinə qayıdıb!" – işçilər deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin