Şmeyxel "Seltik"lə müqaviləni uzatdı

17:25 - 22 Yanvar 2025

Şmeyxel

"Seltik"in mətbuat xidməti 38 yaşlı danimarkalı qapıçı Kasper Şmeyxellə müqavilənin 2026-cı ilə qədər uzadıldığını açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ilin yayında Şmeyxel "Seltik"in oyunçusu olub. O, 34 matçda iştirak edib.

"Seltik" hazırda 23 matçdan sonra 60 xalla Şotlandiya Premyer Liqasının cədvəlinə başçılıq edir. Çempionlar Liqasında komanda 6 oyundan 9 xal toplayaraq 23-cü orta pillədə qərarlaşıb.

"Seltik"ə keçməzdən əvvəl Şmeyxel uzun müddət "Lester"də oynayıb və burada 500-ə yaxın matçda iştirak edib.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin