"Britaniya AZAL-a məxsus təyyarənin qəzasının səbəblərini araşdırmağa hazırdır" - Dövlət katibi

16:43 - 22 Yanvar 2025

Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması səbəblərinin araşdırılmasında dəstək verməyə hazır olduğunu bəyan edib.

 

Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı deyib.

Dövlət katibi təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.



Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin