Moskvada üçtərəfli görüş keçiriləcək
22 Yanvar 2025
15:45 - 22 Yanvar 2025
"Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı 5 medalın geri qaytarılması üçün Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq".
Bu barədə Manset.az-a Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib.
O qeyd edib ki, həmin medallarda zədələr aşkar olunub.
Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin, takevando üzrə gümüş mükafatçı Qaşım Maqomedovun, boks üzrə gümüş medalçı Alfonso Domingezin, yunan-Roma güləşi üzrə bürünc mükafatçı Həsrət Cəfərovun, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medallarının geri qaytarılması nəzərdə tutulub.
Komitə rəsmisi bildirib ki, indi buna hazırlıq gedir: “Yaxın günlərdə Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq”.
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçı Maqomedxan Maqomedovun medalında isə hələlik problem aşkarlanmayıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının medalı geri qaytarılıb. Bir çox idmançı isə medalların yararsız vəziyyətə düşməsindən şikayət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin