Məktəblərdə 5 gün dərs OLMAYACAQ
22 Yanvar 2025
14:53 - 22 Yanvar 2025
Panama BMT-yə məktub göndərərək ABŞ Prezidenti Donald Trampın Panama kanalını ABŞ-yə birləşdirməklə hədələməsindən şikayət edib.
Manset.az xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.
“Panama BMT-nin Baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasına rəsmi məktub göndərərək Trampın Panama kanalını ABŞ-yə qaytarmaqla bağlı hədələrindən narahatlığını ifadə edib. Məktubda Panama Prezidenti Xose Raul Mulinonun Trampın sözlərini tamamilə rədd etdiyini və “kanal Panamanındır və Panamada da qalacaq deyə” bildirdiyi bəyanatı yer alıb." - nəşr qeyd edib.
Bundan əlavə, məktubda BMT Nizamnaməsinin üzv dövlətlərə “ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə” qarşı təhdid və güc tətbiq etməyi qadağan edən iki maddə var. Belə ki, bu cür hərəkətlər dünya təşkilatının məqsədləri ilə bir araya sığmır. Panama “Trampın bəyanatlarının BMT Nizamnaməsini pozduğunu” bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin