"Barselona" Çempionlar Liqasında "Benfika"ya qalib gəldi

12:55 - 22 Yanvar 2025

Lissabonun "Benfika"sı ilə Kataloniya "Barselona"sının qarşılaşdığı UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun oyunu başa çatıb.

 

Oyun Lissabondakı "Estadio da Luz"da baş tutub. Matçın baş hakimi kimi Denni Makkeli çıxış edib. Qarşılaşma 5:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçın əvvəlində hesabı “Benfika”nın hücumçusu Vangelis Pavlidis açıb. 13-cü dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski penaltidən qol vuraraq tarazlığı bərpa edib. Birinci hissənin ortalarında Pavlidis dubla imza atıb. 30-cu dəqiqədə Pavlidis oyunda üçüncü qolunu vurub.

64-cü dəqiqədə hücumçu Rafinya hesabdakı fərqi azaldıb. İkinci hissənin ortalarında müdafiəçi Ronald Araujo avtoqol vurub. 78-ci dəqiqədə Levandovski ikinci dəfə penaltini dəqiq yerinə yetirərək dubl edib. 86-cı dəqiqədə"Barselona"nın müdafiəçisi Erik Qarsiya matçda tarazlığı bərpa edib. 90+6-cı dəqiqədə Rafinya qonaqlara qələbə qazandıran qolun müəllifi olub.

Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun finalında "Barselona" "Atalanta" ilə qarşılaşacaq. Oyun yanvarın 29-da baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Öz növbəsində "Benfika" "Yuventus"la oyun keçirəcək. Görüş yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin