ABŞ-da güclü qar fırtınası nəticəsində 10 nəfər öldü - VİDEO

11:03 - 22 Yanvar 2025

ABŞ-da güclü qar fırtınası nəticəsində 10 nəfər öldü - VİDEO

ABŞ-ın cənub ştatlarında güclü qar fırtınası nəticəsində azı 10 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Rekord qar yağışı Alabama, Florida və Luiziana ştatlarında qeydə alınıb. ABŞ-da qar fırtınasından hökumət idarələri və magistral yollar bağlanıb və hava limanlarında minlərlə uçuş ləğv edilib.

"Arktik hava kütlələri gecə ərzində Körfəz sahillərində və cənub-şərqdə temperaturun geniş şəkildə soyumasına səbəb olacaq." - məlumatda deyilir.

Qeyd olunur ki, tufan təkcə qar deyil, həm də buzlu yağış gətirib. Bu arada 48 ştatda təxminən 300 milyon insan soyuq hava xəbərdarlığı alıb.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin