İlham Əliyev Nik Stader ilə görüşdü
20 Yanvar 2025
17:10 - 20 Yanvar 2025
ABŞ-da ana övladlığa götürdüyü uşağın üstündə oturaraq, onu öldürüb.
Manset.az Lent.az -a istinadən xəbər verir ki, hadisə İndiana ştatında keçən il baş versə də, 49 yaşlı qadın Cennifer Li Uilson indi məhkum edilib.
Hüquq-mühafizə orqanları Porter qraflığında 10 yaşlı uşağın nəfəs almadığını və nəbzinin vurmadığını aşkar ediblər.
Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Mütəxəssislər onun döş qəfəsinin aşağı hissəsində bir neçə qançır, qaraciyər və ağciyərlərində qanaxma aşkar ediblər. Mütəxəssislər hadisənin səbəbini beyin ödemi adlandırıblar.
Ana bildirib ki, övladlığa götürdüyü oğlu həmin gün özünü pis apararaq evi tərk edib. Uilson onun arxasınca gedib və onun bir qadınla danışdığını görüb. O bildirib ki, oğlan həmin qadından polisə müraciət etməsini istəyib. Lakin ana qonşu qadına “öz işinə baxmasını” bildirib.
Bu zaman uşaq yıxılıb və Uilson onun üstünə oturub. Qeyd olunur ki, qadının çəkisi 154 kiloqram, uşağın çəkisi 40 kiloqram olub. Məktəbli müqavimət göstərsə də sonradan dayanıb. Amerikalı qadının dediyi kimi, o, oğlanın yalandan sakit dayandığını düşünüb və təxminən beş dəqiqə onun üstündə oturub.
Məhkəmə qadını təqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin