Saxta sertifikatlı plastik cərrahlarla bağlı istintaq davam edir

12:00 - 20 Yanvar 2025

Saxta sertifikatlı plastik cərrahlarla bağlı istintaq davam edir

Səhiyyə Nazirliyi və Baş Prokurorluq saxta sertifikatlı plastik cərrahlarla bağlı birgə komissiya yaradıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında faktlarla bağlı cinayət işi başlanılıb.

 

Manset.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Kamran Əliyev deyib ki, istintaq davam edir, gedişat barədə ətraflı məlumat veriləcək:

"Baş prokurorluq, Səhiyyə Nazirliyi və digər qurumlar bu sahədəki problemləri araşdırıb, gələcəkdə baş verməməsi üçün qabaqlayıcı tədbirlər görəcək".


Xəbər xətti

20 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin