Kazanda partlayış səsləri - Şəhərə PUA hücumu edilir

09:52 - 20 Yanvar 2025

Kazanda partlayış səsləri - Şəhərə PUA hücumu edilir

Rusiyanın Kazan şəhərinin sakinləri partlayış səslərinin olduğunu bildiriblər.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, ehtimallara görə, şəhərə dron hücumu baş verib və hava hücumundan müdafiə sistemləri ərazidə işləyir.

Məsələ ilə bağlı hələlik rəsmi məlumat olmasa da, Kazan hava limanında “Xalça” rejimi tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyi PUA-nın hücumu təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sakinlərdən panikaya düşməmələri, mümkünsə pəncərələrə yaxınlaşmamaları xahiş olunur.


Xəbər xətti

20 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin