İsrailin yeni səfiri Şəhidlər Xiyabanını və Albert Araqunovun məzarını ziyarət etdi - FOTO

19:55 - 19 Yanvar 2025

İsrailin yeni səfiri Şəhidlər Xiyabanını və Albert Araqunovun məzarını ziyarət etdi - FOTO

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını və Azərbaycanın Milli Qəhrəmanı Albert Araqunovun məzarını ziyarət edib.

 

Manset.az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyi paylaşım edib.

Paylaşımda deyilir:

“Bəzi yaralar heç vaxt tam sağalmır və bəzi gecələr bir xalqın ruhuna həkk olunur, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin Azərbaycanın ruhuna həkk olunduğu kimi. Lakin Azərbaycan xalqının cəsarəti bu ağrını azadlıq uğrunda mübarizəyə çevirdi və xalqın dözümlülük gücünü göstərdi Bu gün İsraildə də həmin dözümlülük təzahür edir. Ailələr 7 oktyabrda HAMAS-ın hücumundan sonra mülki girovların təhlükəsiz və tədricən geri qaytarılacaqları ümidlərini qoruyur. Onların sevgidən və qətiyyətdən doğan gücü təbii olaraq hamımıza ilham verir. Gəlin həmrəy olaq və xatırlayaq ki, ən qaranlıq anlarda belə insan ruhu dözüb qalib gəlmək gücünə malikdir”.



Xəbər xətti

20 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin