Sabah bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
19 Yanvar 2025
08:45 - 19 Yanvar 2025
Keçən ilin dekabr ayında xaricdə təhsil alanların diplomlarının tanınması üzrə 325 müraciətçinin 256-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilsə də, 69 nəfərin diplomu tanınmayıb.
Bəs valideynlər və tələbələr əvvəlcədən universitetin diplomunun tanınıb-tanınmadığını necə öyrənə bilərlər?
Manset.az Mətbuat.az-a istinadən xəbər verir ki, təhsil eksperti İlqar Orucov açıqlamasında bildirib ki, bir çox universitetlərin fəaliyyəti ilə bağlı əvvəlcədən qərarın mənfi olması bəllidir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında həmin universitetlər yerləşdirilib:
"Unversitetlər ona görə bu siyahıya düşürlər ki, onlar öz ölkələrində müvafiq həm akkreditasiyadan keçməyiblər, həm də ali təhsil müəssisəsi olaraq öz ölkələrində tanınması ilə bağlı hüquqi prosedurlar həllini tapmayıb. Bu, onu göstərir ki, özlərinə universitet deyən həmin qurumlar, əslində, ali təhsil müəssisəsi statusunu əldə etməyiblər və diplomlarının tanınmaması əvvəlcədən bəllidir".
Ekspert qeyd edib ki, keçən il Nazirlər Kabineti xaricdə təhsil almış şəxslərin diplomlarının nostrifikasiya ilə bağlı yeni qaydaları müəyyənləşdirilib və artıq prosedur bu qaydalar çərçivəsində həyata keçirilir:
"Diiplomların tanınmaması ilə bağlı imtina səbəbləri bəllidir və hesab edirəm ki, qaydalar kifayət qədər müasir standartlar çərçivəsində hazırlanıb. Təhsilini mühəndis və hüquqşünaslıq ixtisasları üzrə bitirənlər Dövlət İmtahan Mərkəzində müvafiq olaraq imtahana cəlb olunurlar. Eyni zamanda tibb diplomlu şəxslər aldıqları təhsilin məzmununun bütövlükdə qiymətləndirilməsi üçün Səhiyyə Nazirliyinə müraciət olunur və qeyd etdiyim üç əsas ixtisas sahəsində təhsil almış şəxslərlə bağlı bu prosedur qeyd etdiyim formada həyata keçirilir. Digər ixtisaslarda isə artıq bu və ya digər belə problemlər yoxdur. Sadəcə olaraq onların ölkə sərhədindən keçməsini təsdiq edən müvafiq sənədlər, hansı ki, ilkin sənədlərdir, müvafiq olaraq agentliyinə müraciət edən zaman sistəmə yüklənir və sistem üzərindən artıq inteqrasiya olunmuş şəkildə Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların həmin bazada olan çıxışları o zaman müəyyənləşir. Bu şəxs bəlli zamanda ölkə xaricində olub və yaxud olmayıb, onu müəyyənləşdirmək olur".
İ.Orucov əlavə edib ki, bəzən imtinaya səbəb olmuş hallardan biri müraciət edənlərin distant formada təhsil almasıdır:
"Distant təhsil forması bizim təhsil haqqında qanunda yer almayıb. Ölkəmizdə distant təhsil diplomları tanınmır və tanınmadığı üçün də təbii ki, onlara imtina veriləcək. Bu, ali təhsil haqqında qanunun tələblərindən irəli gələn məqamdır. Bu baxımdan hesab edirəm ki, yanaşmalar kifayət qədər müasirdir və diplomların tanınması ilə bağlı standartlar beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir. Amma təbii ki, dünyanın tanınmış universitetlərində təhsil almış tələbələr üçün belə problemlər yoxdur. Müşahidələr də onu göstərir ki, daha çox imtina alan Gürcüstanın, Ukraynanın, eyni zamanda Dağıstanda yerləşən bir çox universitetlərdir ki, onların diplomun tanınmaması ilə bağlı müvafiq məqamlar nəzərə alınaraq imtina verilir. Əslində, burada yanlışlığa yol verilməsi həm də Azərbaycanın əmək bazarına saxta diplom almış bir insanın buraxılması deməkdir".
Təhsil eksperti bildirib ki, diplomu tanınmayan şəxslərin apellyasiyaya müraciət etmək imkanları var:
"Bir çox hallarda imtina cavabı almış şəxslər məhkəmələrə müraciət edirlər. Məhkəmələr yenidən baxmaqla bağlı müvafiq qərar qəbul edə bilər. Amma diplom tanınsın deyə heç bir digər qurum tələb edə bilməz. Çünki bu, birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin səlahiyyətlərinə daxil olan məsələdir və onlar da bu səlahiyyətləri mütləq şəkildə Nazirlər Kabineti tərəfindən diplomların nastrifikasiyası ilə bağlı müvafiq qaydalar çərçivəsində reallaşdırılır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin