DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
18 Yanvar 2025
12:55 - 18 Yanvar 2025
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 18-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, Qobustan, Şahdağ, Astarada 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin