2 məktəb direktoru vəzifəsindən azad edildi - FOTO
18 Yanvar 2025
11:46 - 17 Yanvar 2025
İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi paytaxtın "Vnukovo-2" hava limanına enib. Rusiyanın energetika naziri Sergey Tsivilev, xarici işlər nazirinin müavini Andrey Rudenko və Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İqor Boqdaşev İran liderini qarşılamağa gəliblər.
Manset.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Kremlin mətbuat xidmətinin məlumatına görə, İran Prezidenti Vladimir Putinlə görüş təyin edib. Görüş zamanı iki ölkə liderlərinin Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gözlənilir.
Bu sənəd 2001-ci ildə Moskvada imzalanmış münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sazişi əvəz etmək üçün nəzərdə tutulub. Yeni saziş daha geniş məsələləri əhatə edəcək və Rusiya ilə İran arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin