Slovakiya Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu AÇIQLADI

10:23 - 17 Yanvar 2025

Slovakiya Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu AÇIQLADI

Slovakiya parlamentinin sədri Tibor Qaspar bəyan edib ki, Slovakiya  öz ərazisində Ukrayna ilə bağlı danışıqları təşkil edə bilər. O, qeyd edib ki, dialoq daha aşağı səviyyədə də keçirilə blər.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.  

Qaspar Slovakiyanın Ukrayna ilə bağlı danışıqların keçirilmə yeri olmasına hazır olduğunu açıqlayıb. 

“Ən yüksək nümayəndələrin Slovakiya ərazisində görüşəcəyi sual altındadır. Bratislava müəyyən danışıqların aparıla biləcəyi yer ola bilər. Lakin Prezident Putin və ya Tramp kimi liderlərin nəhayət harada görüşəcəyi hələ də bəlli deyil.”, - deputat qeyd edib.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin