Fatih Terim komandasında ilk ayrılma ilə üzləşdi

12:19 - 15 Yanvar 2025

Fatih Terim komandasında ilk ayrılma ilə üzləşdi

"Əl-Şəbab"ın baş məşqçisi Fatih Terim komandasında ilk ayrılma ilə üzləşib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Kolumbiyalı müdafiəçi Qustavo Kuelyar klubu tərk edib. 27 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 1,5 mövsümə 41 oyun keçirib. Kuelyar 2023-cü ilin iyulunda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan 1 milyon 380 min avroya alınıb.

Komanda bu gün Pro Liqada "Ər-Riyad"la keçiriləcək oyundan əvvəl kolumbiyalı futbolçu ilə yollarını ayırıb.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin