Bu ərazilərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
15 Yanvar 2025
10:14 - 15 Yanvar 2025
Cənubi Koreya Prezidenti Yun Seok Yeol saxlanılıb və dindirilmək üçün yaşadığı evdən aparılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.
Yüksək vəzifəli şəxslər barəsində Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi bildirib ki, Yun barəsində əvvəllər verilmiş həbs orderi səhər saat 10:33-də (Bakı vaxtı ilə 05:33) icra olunub.
Yoon Seok Yeol özü bildirib ki, ona qarşı qanunsuz istintaqa baxmayaraq, dindirilmək qərarına gəlib.
2024-cü ilin dekabrında parlament Yun Seok Yeol siyasi rəqibləri ilə mübarizə məqsədilə dekabrın 3-də hərbi vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra onu hakimiyyətdən uzaqlaşdırmışdı. Daha sonra məhkəmə dekabrın 3-də hərbi vəziyyət elan etməkdə, üsyan təşkil etməyə cəhddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Yun Seok Yeol barəsində həbs qərarı çıxarmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin