Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək

11:02 - 10 Yanvar 2025

Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək

"2024-cü ildə Bakı şəhəri üzrə 476 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 28 milyon nəfər çoxdur".

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib:

"Bunlara nümunə olaraq 33, 46, 56 nömrəli marşrutları göstərmək olar. 200 avtobus təmir edilərək daşımaya qaytarılıb, həmçinin 165 ədəd elektrik avtobus daşımalara cəlb edilib. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb".

O qeyd edib ki, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən ölkəyə 100-dən artıq yeni avtobusun gətiriləcəyi gözlənilir.

 


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin