Samir Şərifov daha yüksək posta getdi - SƏRƏNCAM
10 Yanvar 2025
01:00 - 10 Yanvar 2025
Braziliyada təyyarə qəzası nəticəsində pilot həlak olub, 7 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə "Shot" məlumat yayıb.
Məlumata görə, "Cessna Aircraft" biznes təyyarəsi Ubatubadakı hava limanında uçuş-eniş zolağından çıxıb, birbaşa şəhər çimərliyinə uçub və yerli skeyt parkının yaxınlığında partlayıb.
Təyyarədə beş nəfər olub və pilot dünyasını dəyişib. Qalanlarını isə yerli sakinlər xilas ediblər. Yaralananlar arasında uşaqlar da var, hadisə şahidləri onları qalıqlar altından çıxarıblar. Xəsarət alanlar arasında qəza zamanı çimərlikdə dincələn insanlar da olub.
İlkin məlumatlara görə, təyyarənin qəzaya uğramasına səbəb pis hava şəraiti və uçuş-eniş zolağının yağışdan islanması olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin