İranın cənubunda zəlzələ oldu

21:45 - 6 Yanvar 2025

İranın cənubunda zəlzələ oldu

İranın cənubunda 5,3 maqnitudalı zəlzələ olub.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanların episentri əhalisi təqribən 1,25 milyon olan Şiraz şəhərindən 139 km cənubda olub. Zəlzələnin ocağı 19 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin