Mədəniyyət Nazirliyi həlak olanların xatirəsini yad edib

16:55 - 28 Dekabr 2024

Mədəniyyət Nazirliyi həlak olanların xatirəsini yad edib

Məlum olduğu kimi, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və xəsarət alıb.

 

Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin kollektivi dekabrın 28-də Heydər Əliyev Beynəlxalq Hava Limanına gedərək qəzada həlak olanların xatirəsini yad edib. Hava limanında yaradılmış xatirə guşəsinin önünə nazirliyin adından əklil qoyulub.

 



Xəbər xətti

31 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin