"Bu cür səssiz, sakit qız bütün ölkəyə səs saldı"- Hökümə Əliyevanın iş yoldaşı

14:19 - 28 Dekabr 2024

"Bu cür səssiz, sakit bir qız bütün ölkəyə səs saldı".

 

Manset.az xəbər verir ki, bunu Aktauda aviaqəzada həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın iş yoldaşı Leyla Rzayeva deyib.

O bildirib ki, Hökümə Əliyeva öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib, bunun üçün də hamının qürur yeridir: “Hökümə kimi sakit, səssiz bir qızın qəhərli, həyəcanlı səslə sərnişinlərə təlimat verib, onları sakitləşdirməyə, ümid verməyə çalışması inanılmazdır. Özü də qəza enişi olacağını bilə-bilə...”, o qeyd edib.

Təyyarə bələdçisi sərnişinlərə də çağırış edib: “Biz - təyyarə bələdçilərinin əsas vəzifəsi sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Sərnişinlərin sağlamlığı bizim məsuliyyətimizdədir. Təyyarə bələdçilərinin təlimatlarını diqqətlə dinləyib, əməl etmək lazımdır.

Bilirsiniz, təyyarədə qəza enişi planlı və planlaşdırılmamış olur. Bütün hallarda pilotlar bu barədə bələdçilərə bildirirlər. Bu qəza enişinin planlı, yoxsa planlaşdırılmamış olduğunu isə bilmirəm”.


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin