Sağ qalan ekipaj üzvlərinə “Rəşadət” ordeni verildi
29 Dekabr 2024
13:01 - 28 Dekabr 2024
Gələn il 24 təhsil müəssisəsinin təmir-tikintisinin yekunlaşması planlaşdırılır.
Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.
Cari ildə 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı təmir olunub.
Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 215 təhsil müəssisəsində (10 peşə, 6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil) cari təmir işləri aparılıb.
Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin