“Ata, sən mənim qəhrəmanımsan, öz həyatını qurban verdin"- Kşnyakinin qızı

21:41 - 27 Dekabr 2024

“Ata, sən mənim qəhrəmanımsan, öz həyatını qurban verdin

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan, onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin, günahkar tapdın, mənim yanımda çox güclüsən, belə bir atam olduğu üçün həmişə fəxr edəcəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi etdin, xoşbəxt olmağımızı istədin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rehmet eləsin!” - həlak olan kapitanın qızı kədərini bölüşüb.


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin