Türkiyə qəzanı araşdırmaq üçün Azərbaycana 8 nəfərdən ibarət heyət göndərir
28 Dekabr 2024
19:56 - 26 Dekabr 2024
Tacikistanın xarici işlər naziri Azərbaycanın Düşənbədəki səfirliyni ziyarət edərək xatirə kitabına başsağlığı yazıb.
Manset.az xəbər verir ki, Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin Azərbaycanın Düşənbədəki səfirliyini ziyarət edib və AZAL aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar Səfirlikdə açılan başsağlığı kitabına ürək sözlərini yazıb.
Nazir, Tacikistan Respublikası hökuməti adından səfir Əlimirzamin Əskərova və həlak olan sərnişinlərin yaxınlarına dərin hüznlə başsağlığı verib, bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin