"Daha 4 nəfərin nəşi də bu gün Bakıya gətiriləcək"- Nazir müavini

19:32 - 26 Dekabr 2024

AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Aktauya şəhərinə göndərilib.

 

Manset.az xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda 7 nəfər xəsarət alan şəxs ölkəyə gətirilib:

"Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək və paytaxtın tibb müəssiaələrində onların müalicəsi davam etdiriləcək".

O bildirib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətiriləcək.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin