Batumidən Moskvaya uçmalı olan təyyarədə qorxulu anlar

18:11 - 26 Dekabr 2024

Batumidən Moskvaya uçmalı olan təyyarədə qorxulu anlar

Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib.

 

Manset.az bu barədə Report-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində çəkildikdən sonra sosial şəbəkələrdə yayılmış videokadrlara istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, pilotlar uçuşa hazırlıq prosesində əyləci sıxıblar.

"A4 7054 Batumi-Moskva reysi qalxmazdan əvvəl dayandı. Bundan dərhal sonra sərnişinlərdən “Sukhoi Superjet 100”ü tərk etmək və baqajlarını götürmək xahiş olunub", - məlumatda bildirilib.

"Səbəb açıqlanmayıb. Hazırda bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik. Təxminən 40 dəqiqə əvvəl yola düşməli olan reys saat 16:55-ə qədər gecikdirilib. Sərnişinlər hələ də Moskvaya necə uça biləcəklərini bilmirlər", - sərnişinlərdən biri bildirib.

Digər sərnişinin sözlərinə görə, aviaşirkətin əməkdaşı texniki xəta barədə məlumat verib: "Hazırda sistemin test edilməsi aparılır. Gözlənilən sınaq müddəti bir saatdır".


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin