Qəzaya düşən təyyarəmizin kim tərəfindən vurulduğu MÜƏYYƏNLƏŞDİ

17:08 - 26 Dekabr 2024

Qəzaya düşən təyyarəmizin kim tərəfindən vurulduğu MÜƏYYƏNLƏŞDİ

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub”.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı "Caliber" yayıb. 

Bildirilib ki, raket Qroznı üzərində pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduğu zaman buraxılıb.

Qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən buraxılan raket hava gəmisinin yaxınlığında partladıqda qəlpələri təyyarəni zədələyib. 

Məlumata görə, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib. 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin