Bakıdakı şadlıq saraylarında toylar dayandırıldı

10:14 - 26 Dekabr 2024

Bakıdakı şadlıq saraylarında toylar dayandırıldı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

 

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-sı Azərbaycan ərazisində matəm elan edilib. Matəmlə əlaqədar bayraqlar endirilib.

Bəs Bakıdakı şadlıq saraylarında vəziyyət necədir? Bu günə olan məclislərlə bağlı hansı tədbir görülüb?

Manset.az Modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Bakıdakı şadlıq sarayları ilə əlaqə saxlanılıb.

Məşhur restoranlardan bəziləri bildirib ki, şadlıq saraylarında əvvəlcədən planlaşdırılan toy və digər mərasimlər ləğv edilib.

Şadlıq saraylarının bəzilərində bu gün əvvəlcədən toy planlaşdırılmayıb, əksəriyyətində isə toylar dayandırılıb.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin