Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
13:47 - 25 Dekabr 2024
Xəbər verdiyimiz kimi Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya düşüb. Baş vermiş qəza ilə bağlı dövlət komissiyası da yaradılıb. Bu ağır qəza səbabi ilə ölkədə televiziya kanallarında əyləncəli proqramların təxirə salındığı bildirilir.
Manset.az məsələ ilə bağlı televiziyaların rəsmiləri ilə əlaqə saxlayıb. Onlar açıqlamalarında əyləncəli proqramların təxirə salındığını bildirib.
ARB telekanalının mətbuat katibi Mayil Əsgərov:
"Baş vermiş hadisə ilə əlaqədar olaraq ARB telekanalında bütün əyləncəli proqramlar təxirə salınır".
Space telekanalının Musiqili verilişlər departamentinin rəhbəri Sərxan Qədimov:
" Televiziyada musiqili və əyləncəli verilişlərin yayımı dayandırılıb. Operativliyi nəzərə alaraq xəbərlər xidmətinin fəaliyyəti gücləndirilir"
ATV telekanalının mətbuat katibi Ozal İbrahimli:
" AZAL-təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ATV telekanalının efirində yayımlanacaq əyləncəli verilişlərin yayımı təxirə salınıb. 106 və 106.3 FM radiolarının musiqi "play-listi" dəyişdirilib"
Xəzər televiziyasının Xəbərlər Departamentinin direktoru İnqilab Məmmədov:
" Televiziya rəhbərinin qərarı ilə bütün əyləncəli verilişlər təxirə salınır"
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, mətbuat katibi Rüfət Seyidov:
" 3 kanal və 2 radioda əyləncəli verilişlərin yayımı dayandırılır"
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin