Yasamalda çoxmərtəbəli binada YANĞIN - VİDEO
25 Dekabr 2024
16:36 - 24 Dekabr 2024
Macarıstanın Baş naziri Viktor Orban Rusiyanın Ukraynada başladığı müharibənin 2025-ci ildə bitəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri macar siyasətçi Magyar Nemzet-ə müsahibəsində bildirib.
"Müharibə 2025-ci ildə bitəcək. O, ya sülh danışıqları, ya da tərəflərdən birinin məhvi ilə başa çatacaq", - Orban deyib.
Onun sözlərinə görə, gələn il təkcə Ukrayna üçün deyil, bütövlükdə dünya üçün “dönüş nöqtəsi” olacaq. 2025-ci il sülhü bərpa edə və iqtisadi artımı qaytara biləcək.
Macarıstan siyasətçisi diqqəti müharibənin dəhşətli nəticələrinə yönəldib: Ukraynanın infrastrukturunun dağıdılması, demoqrafik itkilər və milyonlarla ukraynalının mühacirəti.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin