Ailələrinə yardım göstəriləcək - Prezidentdən tapşırıq
25 Dekabr 2024
14:39 - 24 Dekabr 2024
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək işi üzrə növbəti məhkəməsi keçirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, Saakaşvilinin vəkili Beka Basilaya həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib.
O, sübutların tədqiqinin başa çatdırıldığını, ona görə də həbs qətimkan tədbirinin tətbiqi üçün əsas qalmadığını bildirib. Lakin, dövlət ittihamçısı vəsatətlə razılaşmayıb. Prokurorun sözlərinə görə, həbs-qətimkan tədbirinin tətbiqi müəyyən təhdidlərlə əlaqədardır və bu yalnız sübutların məhv edilməsi ilə bağlı deyil.
Hakim Mixeil Cincolia müttəhimin yeni cinayətlər törətməsinin və qaçma təhlükəsinin mövcudluğunu nəzərə alaraq vəsatəti təmin etməyib.
Xatırladaq ki, sabiq Prezident Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin