“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırıldı - FOTOLAR

11:13 - 24 Dekabr 2024

“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırıldı - FOTOLAR

Dekabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qalib komandaları təbrik edib və dövlətimizin gənclər siyasətindən, onların hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılmış şəraitdən danışıb. Qeyd edilib ki, həmkarlar ittifaqları tərəfindən xalqımız üçün əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər, idman və bilik yarışları keçirilir, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu da bu ənənənin davamıdır.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə elan olunan Həmrəylik Gününün önəmini diqqətə çatdıran Sahib Məmmədov xalqımızın qazandığı uğurların, əldə etdiyi nailiyyətlərin təməlində məhz həmrəyliyimizin dayandığını vurğulayıb. Tarixi proseslərin sonrakı gedişi bu qərarın əhəmiyyətini dəfələrlə sübuta yetirib və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə bir daha tarixi təsdiqini tapıb. Yeni layihələrdən də bəhs edən Konfederasiya sədri bunların ittifaq üzvlərinin məmnunluğu və əmək hüquqlarının daha etibarlı qorunması, eləcə də inklüzivliyin, əlçatanlığın və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

AHİK sədrinin müavini, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov qalib komandaları təbrik edib və bu cür yarışların ittifaq üzvlərinin bilik səviyyəsinin və bacarıqlarının yüksəldilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, mütaliəyə həvəslərinin artırılması baxımından önəmini vurğulayıb.

Bilik yarışında ümumilikdə 34 komanda iştirak edib. Gərgin və maraqlı keçən yarışda birinci yeri Azərbaycan Beynəlxalq Bankının, ikinci yeri İqtisadiyyat Nazirliyinin və üçüncü yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandaları qazanıb. İntelektual oyunun qaliblərinə kubok, fəxri fərman və diplomlar təqdim edilib.



Xəbər xətti

25 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin