AZAL təyyarəsinin qəzaya düşmə anı - VİDEO
25 Dekabr 2024
09:41 - 24 Dekabr 2024
Sözü ilə əməli bir olan çağdaş dünyamızın ən qətiyyətli və müdrik LİDERİ!
Ulu Öndər Heydər Əliyev haqqında çoxlu sayda tarixə həkk olmuş dəyərli fikirlər var, onların hamısı xalqımız üçün doğmadır, həqiqətdir. Lakin bunların arasında ən çox bəyəndiklərimdən “Heydər Əlliyev yaşadığı zamanın və siyasi quruluşların şəriksiz Qalibi və Qəhrəmanıdır” fikridir. Çünki bir cümləlik lokanik fikirdə Ulu Öndərimizin həm milli, həm də qlobal portreti dəqiq təsvir olunur.
Ulu Öndərimiz Heydər Əliyevin ruhunu şad edən və Onun vəsiyyətini fədakarlıqla yerinə yetirən, dünyada heç bir siyasi liderin bacara bilmədiyini bacaran əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi portretini hansı sanballı cümlə ilə ifadə etməyin mümkünlüyü haqqında düşünərkən, bir fikrin üzərində dayandım:
Sözü ilə əməli bir olan çağdaş dünyamızın ən qətiyyətli və müdrik Lideri, İLHAM ƏLİYEV!
Bu mənada bəzi həqiqətləri təkrarlamaq yerinə düşərdi:
BİRİNCİ, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçiləndə ərazi bütövlüyümüzü və suverenliyimizi qoruyacağına, milli maraqlarımızı və vətəndaşlarımızın maddi rifahını təmin edəcəyinə, ölkəmizi dünyada söz sahibi edəcəyinə, müstəqil siyasət aparacağına, Heydər Əliyev siyasətinə sadiq qalacağına və hər bir azərbaycanlının Prezidenti olacağına söz verdi və sözünə də əməl etdi. Qədirbilən xalqımız isə Prezidentimizə dəstəyini əsirgəmədi, hər zaman Onun yanında durdu, siyasətini dəstəklədi, 2008-ci ildə 88,73 faiz, 2013-cü il 84,54 faiz, 2018-ci ildə 86,02 faiz, 2024-cü ildə, Zəfər seçkisində isə 92,12 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçdi.
İKİNCİ, möhtərəm Prezidnetimiz Ulu Öndərin yaratdığı idarəetmə sistemini dövrün tələblərinə və çağırışlarına uyğun olaraq çox böyük ustalıqla daha da təkmilləşdirdi, rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli
məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi formalaşdırdı, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
ÜÇÜNCÜ, möhtərəm Prezidentimizin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, milli ləyaqət, milli kimlik hisslərimizin təntənəsinə və yüksəlməsinə xidmət etdi və edir. Cənab ilham Əliyev Qərbin çoxdan unutduğu və heçə saydığı mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa sahib çıxdı, Azərbaycanı tolerantlığın və birgəyaşayışın ən gözəl məkanı kimi dünyada tanıtdı. Məhz bu siyasətin nəticəsidir ki, irqindən, dinindən və etnik mənsubiyyətdən asılı olmayaraq hər kəs Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Bütün etnik qrupların və milli azlıqların Vətən müharibəsində göstərdiyi igidliklər, erməni işğalçılarının məhv edilməsi və torpaqlarımızın azad edilməsində nümayiş etdirdikləri qəhrəmanlıqlar buna əyani sübutdur.
DÖRDÜNCÜ, möhtərəm Prezidentimizin gələcəyə hesablanmış dövlət siyasətində gənclərin potensialından səmərəli istifadə edərək onları müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birinə çevirdi. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Vətən müharibəsində ancaq irəli gedən, ölümdən qorxmadan Vətən və torpaq eşqi ilə yürüyərək qanları ilə itirilmiş torpaqlarımızı təkrar Vətənə çevirən gənclər məhz Prezident İlham Əliyevin yetişdirdiyi gənclər ildi.
BEŞİNCİ, möhtərəm Prezidentimizin hakimiyyətdə olduğu dövrdə ölkənin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər bütün beynəlxalq qurumlar tərəfindən etriraf olunaraq yüksək qiymətləndirilib. Misal üşün, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
2003-2023-cü illərdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ilin sonuna bu rəqəm 3500 manatdan
çoxdur.
2003-2023-cü illərdə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard
manata çatıb.
2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5
faizə enib, 2003-cü illə müqayisədə 2024-cü ildə orta aylıq əməkhaqqı 77.4 manatdan 993 manata yüksəlib. Ən önəmli göstəricilərdən biri isə qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb, ehtiraf edək ki, bu çox böyük nailiyyətdir.
Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib, ixracın həcmi isə 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb, qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. Cənab Prezidnetin uğurlu siyasəti nəticəsində birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 7,4 faizinə enib, strateji valyuta ehtiyatlarımız isə 1,4 milyard ABŞ dollarından 73,5 milyard ABŞ dollarına yüksəlib.
ALTINCI, möhtərəm Prezidentimizın diplomatik məharəti və qətiyyəti sayəsində Azərbaycan dünyada söz sahibinə, orta gücə çevrilib, qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi beynəlxalq nüfuzunu və etimadını görünməmiş dərəcədə artırıb. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Möhtərəm Prezidentimizin xarici siyasətinin ən böyük uğurlarından biri və mənim fikrimcə birincisi o idi ki, ATƏT-in Minsk Qrupunun və dünya erməniliyinin ciddi cəhdinə baxmayaraq Qarabağda Kosova ssenarisi baş tutmadı, de-fakto bizdən qopardılan torpaqlarımızı, de-yure bizdən ayırmaq mümkün olmadı.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik olması, Türkiyə ilə 2021-ci il iyunun 15-də imzalanmış Müttəfiqlik Haqqında Şuşa Bəyannaməsi, 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi Prezident İlham Əlyevin müstəsna xidmətləri, Türk dünyasının gələcəyi ilə bağlı strateji vizyonu və Türk Dövlətləri Təşkilatını dünyanın güc mərkəzlərindən birinə çevrilməsi ilə bağlı yürütdyü siyasətin nəticəsində mümkün oldu.
Azərbaycanın COP29 iqlim konfransına uğurla ev sahibliyi etməsi və Bakıda tarixi qərarların qəbul edilməsi İlham Əliyev diplomatiyasının, İlham Əliyevin diplomatik məharətinin təntənəsi idi. İllər keçəcək, bütün dünya COP 29-da qəbul olunan Bakı Bəyannamələrindən, Bakı Təşəbbüslərindən, Bakı Anlaşmalarından danışacaqlar, bu sənədlərə istinad edəcəklər və Azərbaycanın qlobal xidmətini və gördüyü işləri daim təqdirlə xatırlayacaqlar.
YEDDİNCİ, möhtərəm Prezidentimiz ilk dəfə seçiləndə doğma xalqına müraciət edərək demişdi ki, elə bir ordu yaradacaq ki, Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək gücündə olsun.
Verdiyi bu sözə də əməl etdi!
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşməni darma-dağın edərək 300-dən çox şəhər və kəndlərimizi döyüş meydanında işğaldan azad etdi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları, yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
2023-cü ilin sentyabrında isə başqa misli görünməyən uğura imza atan Müzəffər Ali Baş Komandan bir neçə saat ərzində Qarabağda kök salmış erməni quldur dəstələrini və Ermənistanın qanunsuz silahlı birləşmələrini təslim olmağa məcbur etdi, 200 illik separatizm yuvasına birdəfləlik son qoydu, ölkəmizin suverenliyini, daha doğrusu, şərəf və ləyaqətini bərpa etdi.
Bu qələbələr təkcə Müzəffər Ali Baş Komandanın sərkərdəlik bacarığı və şanlı ordumuzun şücaəti ilə döyüş meydanında vuruşaraq qazanılmadı. Prezident İlham Əliyev dünya erməniliyinin 100 illik maddi və siyasi resurslarını özündə cəmləyən Ermənistan və onu açıq müdafiə edən qlobal güclərin ölkəmizə qarşı açdığı digər cəbhələrdə - informasiya və diplomatiya cəbhəsində də mücadilə edərək, haqqımızı qoruyaraq və bütün iftiralara və təzyiqlərə sinə gərərək bu Zəfəri qazandı. Möhtərəm Prezidentimiz Fransanın təşəbbüsü ilə 5 dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülən bədnam qətnamələrin qarşısını aldı, dünyanın ən nüfüzlü, eyni zamanda ölkəmizə qarşı qərəzli mövqedə olan, təxribat xarakterli suallarla hucuma keçən media qurumlarını tərkisilah etdi, beynəlxalq ictimai rəyi xeyrimizə çevirməyi bacardı. Bu mərhələdə ən kiçik uğursuzluq çox böyük problemlərə səbəb ola biləcəyini dəqiq bilən mahir diplomat və strateq olan İlham Əliyevin sayəsində ölkəmiz çox böyük təhlükədən qurtula bildi.
Nəticədə, qazandıq. Millət və xalq olaraq yenidən doğulduq, mili mənliyimizi, ləyaqətimizi bərpa etdik, acı və təhqiramiz məğlubiyyət sindromundan qurtulduq, Qalib və Müzəffər xalqa və dövlətə çevrildik.
SƏKKİZİNCİ, möhtərəm Prezidentimiz xalqı “Dəmir yumruq” altında sıx birləşdirdi, cəmiyyətdə milli birliyi və siyasi həmrəyliyi görünməmiş səviyyəyə yüksəltdi. İndi heç kim bu birliyi və həmrəyliyi zədələyə bilməz, çünki bu, birlik artıq, müqəddəs varlığa və milli dəyərə çevrilibdir.
Prezidentimiz Qərbi Azərbaycana qayıdış kimi yeni strateji məqsəd və milli hədəf müəyyən edibdir. Bu istiqamətdə xeyli işlər görülüb və azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüquqları ilə bağlı beynəlxalq ictimaiyyət böyük ölçüdə məlumatlandırılıb. Əminəm ki, Prezidentimiz indiyə kimi qarşısına qoyduğu bütün məqsəd və hədəflərə çatdığı kimi, Qərbi Azərbaycan məsələsində də öz istəyinə nail olacaq, xalqımız və dövlətimiz bu müqqəddəs amal uğrunda daha sıx birləşərək cənab İlham Əliyevin Lidrliyində bu sahədə yeni tarix yazmağı bacaracaqdır.
Beləliklə, təkcə sadaladığım bu faktlar (bunlar daha çoxdur) bir daha onu sübut edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 21-əsrdə ilk dəfə yeni texnologiyanı tətbiq edərək savaşı qazanan Qalib Sərkərdə, çağdaş dünyamızda ərazisini işğaldan azad etməyi bacaran yeganə Müzəffər Ali Baş Komandan, döyüş meydanında əldə etdiyi qələbəni dünyaya tam və birmənalı qəbul etdirməyi bacaran Mahir Diplomat, xalqına, bütün xarici tərəfdaşlara verdiyi sözə əməl edən etibarlı Prezident, çətin və mürəkkəb siyasi, geosiyasi vəziyyətlərdə ən doğru və cəsarətli qərar qəbul edən Qətiyyətli və Müdrik Lider kimi adını əbədi olaraq tarixin şərəfli səhifəsinə yazdırıb. Belə bir sistemli və qalıcı nailiyyətlərə dünyanın ən qabaqcıl liderləri həsəd apara bilər.
Sonda isə fürsətdən istifadə edib möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, xalqımızın əbədi segvisini qazanan cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm.
Əziz Prezidentimizə, Prezidentimizn ən yaxın silahdaşı, Birinci Xanım hörmətli Mehriban xanım Əliyevaya və bütün ailə üzvlərinə möhkəm cansağlığı, xalqımız üçün taleyüklü ali dövləti fəaliyətində yeni-yeni zirvələr və tarixi nailiyyətlər arzulayıram!
CƏNAB PREZİDENT! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Azay Quliyev
Millət vəkili
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin