Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
24 Dekabr 2024
15:12 - 23 Dekabr 2024
Amerikanın “Gameto” biotexnoloji şirkəti dünyada ilk dəfə qadın orqanizmindən kənar yumurtadan uşaq doğulduğunu açıqlayıb. Təşkilatın saytında bu, Gameto tərəfindən yaradılmış Fertilo texnologiyası sayəsində mümkün olub.
Manset.az rus mətbuatına istinadən xəbər verir ki, körpə Perunun paytaxtı Limadakı Santa Isabel klinikasında dünyaya gəlib.
Fertilo yumurtanın yetişməsinin təbii prosesini yenidən yaratmaq üçün laboratoriyada yaradılmış gənc yumurtalıq dəstəkləyici hüceyrələrindən istifadə edir. Bu yanaşma adi IVF prosedurunda tələb olunan hormonal inyeksiyaların 80%-ni əvəz edir. Beləliklə, stimullaşdırma dövrlərinin müddəti cəmi 3 günə endirilir.
Həkimlər deyirlər ki, yeni texnologiyadan istifadə edilməsi ilə ilk uşağın doğulması "reproduktiv sağlamlıq elmində dönüş nöqtəsidir".
Yeni mayalanma üsulu artıq altı ölkədə təsdiqlənib: Peru, Avstraliya, Yaponiya, Meksika, Argentina və Paraqvayda. ABŞ-da şirkət klinik sınaqları tamamlayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin