Ceyhun Bayramov Səfirlər Konfransında çıxış etdi

14:42 - 23 Dekabr 2024

Ceyhun Bayramov Səfirlər Konfransında çıxış etdi

Serbiyaya işgüzar səfəri zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Səfirlər Konfransında çıxış edib.

 

Manset.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin, ümumi regional problemlərə, o cümlədən, ikili standartlara, beynəlxalq hüququn seçmə tətbiqinə toxunub.

Hər iki ölkənin xarici siyasətini istiqamətləndirən suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

Nazir Bayramov Azərbaycanın Avropanın enerji şaxələndirilməsində mühüm rolu, o cümlədən, Avropa ilə Mərkəzi Asiyanı Xəzər və Qara dəniz hövzələri vasitəsilə birləşdirəcək gələcək yaşıl enerji planlarından da ətraflı danışıb.


Xəbər xətti

24 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin