NATO-dan xəbərdarlıq: "Müdafiə xərcləri artırılmalıdır"

12:26 - 23 Dekabr 2024

NATO-dan xəbərdarlıq:

NATO-nun baş katibi Mark Rutte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin zəruriliyindən danışıb.


Manset.az bu barədə TASS-a istinadən xəbər verir.

O qeyd edib ki, Şimali Atlantika Alyansı hələ uzunmüddətli perspektivdə özünü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmir.

"Müdafiə xərclərini artırmasaq, 4-5 ildən sonra ciddi problemlər yaşayacağıq", - Rutte bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiyanın hazırda NATO ölkələrinin ərazisinə hücum etmək ehtimalı azdır.

"İndi qorxmaq lazım deyil, amma uzunmüddətli perspektivdə mən narahatam", - baş katib əlavə edib.


Xəbər xətti

23 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin