Bu şəxslər pensiyaya 5 il tez çıxacaq - VİDEO
23 Dekabr 2024
13:20 - 22 Dekabr 2024
Daşkəsən rayonunun Qaraqollar kəndində yerləşən tibb məntəqəsi qəzalı vəziyyətdədir.
Manset.az xəbər verir ki, təxminən 20 kəndə xidmət edən tibb ocağının damı uçub, içəridə isə xəstələri yerləşdirmək üçün nə palata, nə də hər hansı avadanlıq var.
"Ağır xəstə olanda mərkəzdəki xəstəxanaya getmək məcburiyyətində qalırıq", - kənd sakini deyib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, sözügedən tibb məntəqəsinin 2025-ci il üzrə əsaslı təmir planına daxil edilməsi nəzərdə tutulub. Hazırda Qaraqollar həkim məntəqəsində 1 tibb bacısı və 5 kiçik tibb işçisi çalışır.
Daha ətraflı Baku TV-nin materialında:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin