Xırdalanda mənzildə partlayış - Yaralılar var (VİDEO)
22 Dekabr 2024
10:46 - 22 Dekabr 2024
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində səhvən vurulub.
Manset.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
İnsident zamanı iki yerlik F/A-18 qırıcısı Amerika donanmasına aid USS Gettysburg raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən hədəf alınıb.
"Raket kreyseri F/A-18 qırıcısına səhvən atəş açıb və onu vurub", – deyə ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilib.
Pilotlar insidentdən sonra dərhal suya atılıb və xilas ediliblər. Xilasedilən pilotlardan biri yüngül xəsarət alıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin