Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı - XƏBƏRDARLIQ
20 Dekabr 2024
09:32 - 20 Dekabr 2024
Son günlər qripə yoluxanların sayı kəskin artıb.
Manset.az Xəzərxəbər-ə istinadən bildirir ki, infeksionist Aytən Ziyadova bildirir ki, infulenza virusu ilə əlaqədar müraciətlərin sayı çoxalıb. Hətta mövsümlə əlaqədar olaraq yoluxma hallarının qarşıdakı aylarda daha da artacağı gözlənilir.
Aytən Ziyadova vurğulayıb ki, virusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. Lakin bəzi şəxslərə peyvənd qadağandır. Bununla yanaşı, peyvənd olunacaq şəxslər yaş qrupuna görə dozanı düzgün seçməlidirlər.
İnfeksionist bildirib ki, yumurtanın sarısına qarşı anaflaktik şok keçirən şəxslərə yaş qurupundan asılı olmayaraq peyvənd qadağandır. Eləcə də onkoloji xəstələrə peyvənd əks göstərişli olduğundan, həmin şəxsin ailə üzvlərinin peyvənd olunması kifayətdir.
Səhiyyə Nazirliyindən bildirildi ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin