"ABŞ rus generalın qətlində iştirak etməyib"

10:04 - 18 Dekabr 2024

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı bildirib ki, Vaşinqtonun Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi general-leytenant İqor Kirillova planlaşdırılan hücumdan xəbəri olmayıb və ABŞ onun qətlində iştirak etməyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"ABŞ-nin partlayışın hazırlanması haqqında əvvəlcədən xəbəri olmayıb və onların bu hadisə ilə heç bir əlaqəsi yoxdur", -  Miller brifinqdə bildirib.

Xatırladaq ki, çərşənbə axşamı səhər saatlarında Moskvada Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və köməkçisi həlak olub.


 


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin