Bu ölkədə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək

19:48 - 17 Dekabr 2024

Bu ölkədə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək

İsveç hökuməti və onu dəstəkləyən "İsveç Demokratları" partiyası sığınacaq almaq üçün qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə miqrasiya məsələləri üzrə nazir Yuhan Forsel mətbuat konfransında bildirib.

Onların təklifinə əsasən, rədd cavabı alan şəxslər sığınacaq üçün yalnız 5 ildən sonra yenidən müraciət edə bilərlər və bu müddət ərzində krallıq ərazisində qala bilməzlər.

"Hesab edirik ki, bu təkliflər sığınacaq verilməsindən imtina aldıqdan sonra vətənə qayıdan şəxslərin sayının artmasına, habelə sığınacaqla bağlı əsassız müraciətlərin sayının azalmasına kömək edəcək", - Y.Forsel izah edib.

Qanunvericiliyə əlavələr 2025-ci il aprelin 1-də qüvvəyə minməlidir.

"Artıq imtina qərarının müddətinin bitməsini gözləmək və daha sonra işə yenidən baxılması üçün icazə almaq məqsədilə İsveçdə qeyri-qanuni qalmaq üçün səbəb olmayacaq", - "İsveç Demokratları" partiyasının miqrasiya məsələləri üzrə spikeri Lüdviq Asplinq mətbuat nümayəndələri ilə görüşdə bildirib.


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin