"Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır" - İlham Əliyev
18 Dekabr 2024
19:16 - 17 Dekabr 2024
Cari ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 11 milyard 394,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Manset.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 593,4 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1116,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin